Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edib.
Bizim.Media xəbər verir ki, Ərdoğanın təyyarəsi artıq Berlinə eniş edib.
Türkiyə liderini Berlin-Brandenburq hava limanında Almaniya rəsmiləri və Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şen qarşılayıb.
Ərdoğanın Almaniyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü planlaşdırılır. Tərəflərin əsas müzakirə mövzusu İsrail-Fələstin münaqişə olacaq.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz yenidən Türkiyə prezidenti seçildikdən sonra Ərdoğanı bu ilin mayında Berlinə səfərə dəvət etmişdi.


Bizim.Media