İsrail ordusu Qəzza zolağının Qəzza şəhərinin qərbini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib.
"Son sutka ərzində Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsini başa çatdırdıq.
Növbəti mərhələyə keçdik”, - deyə nazir qeyd edib.
O bildirib ki, əməliyyat çox qətiyyətlə davam etdirilir.
Bizim.Media