Qəzzanın “Əş-Şəfa” xəstəxanasında silah, avadanlıqlar və HƏMAS-ın komanda mərkəzi aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Xəstəxananın digər bölməsində hərbçilər HƏMAS-a məxsus operativ komanda mərkəzi və texnoloji vasitələr tapıb”, - deyə bildirilib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media