Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-dəYunanıstana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Yunanıstan Ərdoğanın iki ölkənin əməkdaşlıq şurasının iclasında iştirak etmək üçün dekabrın 7-də Afinaya səfərini alqışlayır.
“Ümid edirik ki, Yunanıstan və Türkiyə arasında Fələstinin HƏMAS hərəkatı ilə bağlı fikir ayrılığı prezident Ərdoğanın Yunanıstan-Türkiyə yaxınlaşmasında irəliyə doğru addım atmaq üçün Afinaya səfərinə mane olmayacaq”, - deyə Mitsotakis qeyd edib.
Bizim.Media