“Putin qələbə günü ilə bağlı yarımçıq qoyduğu planlarına dönməyə hazırlaşır. Çünki Vaşinqtondakı müzakirələr, Avropanın Ukraynaya hərbi dəstək verməməsi və ukraynalılara təzyiqlərin artması ona yeni ümidlər verəcək”.
Bizim.Media "unian.net" saytına istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Brüsseldə jurnalistlərə danışıb.
O, qeyd edib ki, hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar Ukraynanın əleyhinə olacaq:
“İstənilən növ atəşkəs və ya danışıqlar Moskvada qələbə gününə gətirib çıxaracaq".
Bizim.Media