“Bu gün Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynaya vahid dəstək mesajı verdi, biz Ukrayna XİN rəhbəri Dmitro Kulebanı alqışladıq.
Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclası zamanı iştirakçılar Ukraynaya ümumi dəstək mesajı ilə gəliblər. Ukrayna Avropa İttifaqının əsas prioriteti olaraq qalacaq”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “X” hesabında məlumat verib.
O qeyd edib ki, Aİ Şurasının iclasından sonrakı tapşırıqlara uyğun olaraq gələcək təhlükəsizlik öhdəlikləri üzərində işləyir.

Bizim.Media