Qəzzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq BMT-nin Baş Qərargahında təşkilatın bayrağı yarıya qədər endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin rəsmi "X" hesabında məlumat verilib.
“Son həftələrdə Qəzzada öldürülən həmkarlarımıza yas saxlamaq və onlara hörmət etmək üçün bazar ertəsi günü dünyanın müxtəlif yerlərində yerləşən Baş Qərargah və ofislərimizdə BMT bayraqları yarıya qədər endirilir.
Mülkilər və humanitar yardımçılar hədəf deyil”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media