İsrailin müdafiə qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus yayıb.
O, qeyd edib ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər.
Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir.
Bizim.Media