İran və Misir prezidentləri şənbə günü Səudiyyə Ərəbistanının paytaxtında son 45 ildə ilk dəfə görüş keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İbrahim Rəisi ilə Əbdülfəttah əs-Sisi arasında keçirilən görüş İranda 1979-cu il İslam inqilabından sonra iki ölkə prezidentləri arasında ilk görüş olub.
Raisi görüşdə “İslam ölkələrinin birliyinin zəruriliyini” vurğulayıb.
İran prezidenti Qəzza hadisələri ilə bağlı Qahirədə keçirilən son sülh görüşünü müsbət təşəbbüs kimi qiymətləndirib.
Sisi Fələstin məsələsində Misirin bu problemin nəticələrindən ən çox əziyyət çəkən ölkə olduğunu bildirib.
Bizim.Media