“Körpələr, qadınlar və qocalar bombalanıb öldürülür. Bunun heç bir qanuni əsası yoxdur. Ona görə də İsraili dayanmağa çağırırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri BBC telekanalına müsahibəsində Emmanuel Makron deyib.
O, atəşkəs çağırışı edib:
“Birinci gün dedik ki, bu, terrorla mübarizədir. Ancaq gündən-günə Qəzzada mülki vətəndaşların bombalandığını görməyə başladıq. Mən hakim deyiləm, dövlət başçısıyam. Hər kəsə beynəlxalq hüququ xatırladıram. Atəşkəs yeganə həll yoludur”.
Məhərrəm Əliyev, Bizim.Media