İsrail ordusu Qəzza zolağında təhlükəsizliyi tam məzarətə götürmək niyyətini açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya yaxın ərazidə yerləşən bələdiyyələrin rəhbərləri ilə görüşündə deyib.
“Həmas məhv edildikdən sonra Qəzza zolağında İsrailin təhlükəsizlik nəzarəti qurulacaq, o cümlədən Qəzzadan heç bir təhlükənin olmaması üçün tam demilitarizasiya aparılacaq”, - deyə Netanyahu qeyd edib.
Bizim.Media