Almaniya kansleri Olaf Şolts Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edə biləcəyini bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, buna hazır olmağa çağırıb.
Kansler qeyd edib ki, Rusiyanın hərbi əməliyyatları dayandıracağına və qoşunlarını geri çəkəcəyinə dair heç bir əlamət yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq də oxşar bəyanatla çıxış edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Bizim.Media