HƏMAS qruplaşması Qəzza zolağının şimalına nəzarəti itirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib.
O bildirib ki, Qəzza zolağının 50 minə yaxın sakini artıq sözügedən ərazinin şimalından cənubuna keçib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media