Cənubi Afrika Respublikası (CAR) bütün diplomatlarını İsraildən geri çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Qəzzadakı son vəziyyət göstərilib.
“Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Təl-Əvivdən bütün diplomatlarını geri çəkməyə qərar verib” , - deyə məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media