İstanbulda Türk Xəbər Agentlikləri Alyansı YARADILDI - FOTO 

İstanbulda Türkdilli Dövlətlərin Xəbər Agentliklərinin Media Zirvə görüşü keçirilir. 

Bizim.Media xəbər verir ki, “Media və gələcəyə baxışda birlik” mövzusunda baş tutan tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir. 

Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Anadolu agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türkdilli ölkələrlə bağlı xəbərlərin daha geniş miqyasda çatdırılması və səsimizin daha gur eşidilməsi baxımından birliyin vacibliyini vurğulayıblar.

Bildirilib ki, beynəlxalq ictimaiyyətin Türk dünyasına baxışını dəyişəcək ölkələrimizin media birliyi fikirlərimizin, ortaq miras və mədəniyyətimizin dünyaya çatdırılmasında əsas rol oynayacaq. 

Çıxışlarda birliyin yaradılması tarixi an kimi qiymətləndirilib, bunun həm də ölkələrimiz arasında qardaşlıq bağlarının daha da güclənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Dövlətlərimizin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 2021-ci ildə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsi xatırlanıb, bu tədbirin türkdilli ölkələr arasında birliyin əsas dönüş nöqtələrindən biri olduğu bildirilib. 

Birliyin ortaq fəaliyyəti daha da gücləndirəcəyini əminliklə ifadə edən natiqlər dezinformasiya ilə mübarizənin də önəmini vurğulayıblar. Qeyd edilib ki, rahat həll olunacaq məsələləri çıxılmaz vəziyyətə gətirən məhz dezinformasiyadır. Dünyada bir sıra ölkələrində islamofobiya, irqçilik halları yaşanmaqdadır.

Bəzən haqlı olduğumuz mövzularla bağlı beynəlxalq səviyyədə dezinformasiyalar yayılır. Bu baxımdan ölkələrimizin TDT ətrafında sıx birləşərək dezinformasiyaya qarşı mübarizə aparması çox vacibdir. 
Sonra Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb. 

Zirvə görüşü işini davam etdirir. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

End of content

No more pages to load

RADİO