Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, XİN başçıları Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.
Tərəflər Qəzza zolağında davam edən qarşıdurmadan narahat olduqlarını bildiriblər.
Lavrov, həmçinin iranlı həmkarını Rusiyanın BMT Təhlükəsizlik Şurası vasitəsilə gərginliyin azaldılması və vəziyyəti siyasi-diplomatik kanala ötürülməsinə yönəlmiş səyləri barədə məlumatlandırıb.
Bizim.Media