Yenidən qurulan İrpendə Azərbaycan izi – REPORTAJ 

Kiyev vilayətinin İrpen şəhəri Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ən çox ziyan dəymiş yaşayış məntəqələrindən biridir. Şəhər uğrunda ağır döyüşlər zamanı İrpenin 70 faizdən çox hissəsində yaşayış binası, tibb müəssisəsi, məktəb və sosial infrastrukturuna ciddi ziyan dəyib.

İlkin hesablamalara görə, şəhərin tam bərpası və yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait lazımdır. Bu gün isə İrpen yenidən qurulur. 

Bizim.Media xəbər verir ki, AZƏRTAC İrpen şəhərində görülən işlərə dair reportaj hazırlayıb.

İrpenin bərpasında və yenidən qurulmasında bir sıra xarici ölkələr, beynəlxalq donorlar iştirak edir.

Bu sırada Azərbaycan öndəgedən ölkələrdən biridir. İrpen şəhərinin bərpasında Azərbaycan dövlətinin dost Ukraynaya göstərdiyi kömək qarşı tərəfin rəsmiləri tərəfindən də yüksək qiymətləndirilir. 

İrpen merinin birinci müavini Andrey Kravçuk Azərbaycan dövlətinin dəstəyi ilə şəhərdə görülən işlər barədə ətraflı məlumat verib. 

“İndi İrpen şəhərinin ərazisi yenidən qurulur, çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, sosial infrastruktur, təhsil müəssisələri, məktəblər və uşaq bağçaları sürətlə bərpa olunur. Azərbaycan sosial infrastrukturun, yəni, 12 nömrəli liseyin bərpasında birbaşa iştirak edir. Buna görə Azərbaycana səmimi-qəlbdən minnətdarıq. Dünyada hələ heç bir ölkə İrpendə sosial infrastrukturun bərpasına Azərbaycan qədər maliyyə vəsaiti yatırmayıb.

Bu vəsait tibb, təhsil sektorlarında, ümumilikdə bərpa ilə bağlı birgə sosial layihələrə yatırılır.

İndi İrpen ərazi icmasının büdcəsində bütün bu qurumları yaxşı sığınacaqlarla, müasir şəraitlə və təhsilə innovativ yanaşmalarla təmin etmək üçün ciddi vəsait çatışmazlığı var, lakin Azərbaycandan olan dostlarımız və tərəfdaşlarımız sayəsində biz bu imkanları əldə etmişik”, - deyə Andrey Kravçuk qeyd edib. 

O bildirib ki, bundan başqa, Azərbaycan İrpendə klinikanın əsaslı təmirini də öz üzərinə götürüb. 

“Klinikamızın əsaslı təmiri üçün Azərbaycanla ilkin razılıq əldə etmişik və buna görə minnətdarıq. Bu, bizim üçün çox vacibdir. Çünki bu klinika tikiləndən indiyədək heç vaxt təmir olunmayıb. İrpendə döyüşlərdən sonra bu müəssisəyə ziyan dəymişdi. Azərbaycan onun bərpasında fəal iştiraka razılaşdı. Bu, ümumilikdə şəhərin həyatı üçün çox mühüm və əlamətdar olacaq.

Çünki bu zonada İrpen klinikası kimi tibb müəssisələri yoxdur. Bu klinika təkcə İrpen sakinlərinə deyil, həm də Buça, Vorzel, Qostomel və Kotsyubinsk şəhərlərinin əhalisinə xidmət göstərir.

Buna görə də tibb müəssisələrimizin bərpası bütün Kiyev vilayəti üçün çox vacibdir”, - merin birinci müavini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan dost ölkələrə səmimi münasibətini təkcə sözdə yox, əməldə də göstərir - müharibə dönəmində Ukraynaya yardım əlini uzatdığı kimi. Yeni qurulan İrpendə artıq Azərbaycanın izi görünməkdədir. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

End of content

No more pages to load

RADİO