Rusiyanın “Vaqner” özəl hərbi təşkilatı Rusiya qvardiyasının tabeliyinə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə “Vaqner” rəsmi açıqlama verib.
Bildirilib ki, təşkilat üzvləri fərdi şəkildə müqavilələr imzalayıblar.
Məlumata görə, “Vaqner”in bütün strukturu, iş qaydası və komandirlər saxlanılır.
Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bir müddətdən sonra isə “Vaqner”in rəhbəri Yevgeni Priqojin bir neçə silahdaşı ilə birgə təyyarə qəzasında həlak olub.
Bizim.Media