Misirin Buxeyra əyalətində bir neçə avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, qəzaya səbəb dumanlı hava şəraiti olub.
Məhərrəm Əliyev, Bizim Media