Danimarka hökuməti vətəndaşlarına Livanı tərk etmək barədə çağırış edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin Vətəndaş Xidməti bölməsinin rəhbəri Steen Hommel məlumat verib.
Danimarka XİN rəsmisi Livandakı vəziyyətin qeyri-müəyyən olduğunu əsas gətirərək vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Bizim.Media