Ürəkbulanma, baş ağrısı, ishal...
Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, son günlər uşaqlar arasında bu əlamətlərlə müşahidə olunan yeni virus infeksiyası yayılıb.
Həkim-pediatrların sözlərinə görə, müraciətlərin sayında artım var.
Aytən Ziyadova bildirir ki, bu virus hava-damcı yolu ilə qısa müddətdə yayıla bilir. Həkim valideynləri diqqətli olmağa çağırıb. O, dərman preparatlarının yalnız həkim nəzarəti ilə verilməli olduğunu bildirərək xəbərdarlıq edib.
Bizim.Media