ABŞ-ın Men ştatının Lyuiston şəhərində atışma olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, AR-15 yarımavtomat tüfənglə silahlanmış şəxs şəhərin üç hissəsində insanları atəşə tutub.
Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb. Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir. Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.
Bizim.Media