İsrailin Hərbi Hava Qüvvələri Livan ərazisinə yenidən zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.
Məlumata görə, hücum nəticısində Dov dağı ərazisindəki terrorçu dəstə və silah anbarları məhv edilib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media