Güney Azərbaycan fəalı Əhməd Obalı xəstəxanadan evə buraxılıb.
Bu barədə Obalı Bizim.Media-ya açıqlama verib.
Milli fəal bildirib ki, onun səhhəti yaxşılaşmaq üzrədir:
“Hər şey yaxşılığa doğru gedir. Artıq xəstəxanadan evə buraxılıram”.
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı mayın 21-də səhər saatlarında Kaliforniya ştatında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Nuranə Daxilqızı, Bizim.Media