İsrail və Qəzza zolağı status-kvoya qayıda bilməz.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken NBC telekanalına müsahibəsində bildirib.
Antoni Blinken deyib ki, HƏMAS-ın İsrailə hücumunun təkrarlanmaması üçün yeni mexanizm tapılmalıdır.
Bununla belə, dövlət katibi İsrailin Qəzza zolağını öz nəzarəti altına almaq niyyəti olmadığını bildirib.
Bizim.Media