Özünü pələng zənn edib meşəyə qaçdı
Çexiya və Polşa sərhədindəki meşəlikdə araşdırma aparan qrup qəribə mənzərə ilə qarşılaşıb.
Moderator.az xəbər verir ki, çılpaq şəkildə meşədə əlləri və ayaqları üzərində gəzən 21 yaşlı gənc bu vəziyyətə uyuşdurucu maddənin təsiri ilə düşüb.xa0
Müvafiq orqanların nəzarətinə götürülən Marek adlı Çexiya vətəndaşı depressiyadan çıxmaq üçün üyüşdürücü qəbul edib və gördüyü hallüsinasiyanın “sayəsində”x9d özünü Sibir pələngi zənn edib. Açıqlamasında isə meşədə xüsusi qoxunu hiss etdiyi üçün ora getdiyini deyib.
Elmin Nuri