Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə fondun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvadakı “Bizim evimiz” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində (ATDM) olublar.

Bizim.Media xəbər verir ki, uşaq evinin direktoru Vadim Menşov çoxillik dostluq və dəstəyə görə Heydər Əliyev Fonduna və şəxsən fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

O deyib: “Biz Azərbaycanı çox sevirik, uşaqlarımıza göstərdiyi qayğıya görə Leyla Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Leyla Əliyeva tez-tez bizim uşaq evini ziyarət edir, onun gəlişi uşaqlar üçün həmişə bayrama çevrilir”.

Təşkilatın rəhbəri qeyd edib ki, “Bizim evimiz” mərkəzinin kollektivi və yetirmələri dəfələrlə Azərbaycanda olublar.

“Bizim 1 saylı Bakı uşaq evindən olan həmkarlarımız və uşaqlar ilə çox gözəl münasibətlərimiz var. Artıq bir ailə olmuşuq, hər gün əlaqə saxlayırıq və yenidən görüşəcəyimizi arzu edirik. İnanırıq ki, sərhədlər tezliklə açılacaq və biz yenidən Azərbaycana səfər etmək imkanı əldə edəcəyik”, - deyə o bildirib.

Heydər Əliyev Fondunun nümayəndələri Moskva və Bakı uşaq evlərindən olan uşaqların pandemiyaya qədər qarşılıqlı səfərlərindən danışıb, tezliklə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsindəki bütün insanlar eyni anda tullansa, NƏ BAŞ VERƏR?

Yer kürəsindəki bütün insanlar eyni anda tullansa, NƏ BAŞ VERƏR?

Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

Nəsrinin həyat yoldaşı ilə yaxta gəzintisi – FOTO

Nəsrinin həyat yoldaşı ilə yaxta gəzintisi – FOTO

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Evlilikdən uzaq duran 3 BÜRC

Evlilikdən uzaq duran 3 BÜRC

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

“Zirə” legioneri ilə yollarını ayırdı

“Zirə” legioneri ilə yollarını ayırdı

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

End of content

No more pages to load

RADİO