"Bir milyondan çox insanın sıx məskunlaşdığı müharibə zonasından bütün ərazinin mühasirədə olduğu, qida, su və sığınacaq olmayan yerə köçürülməsi son dərəcə təhlükəlidir və bəzi hallarda sadəcə qeyri-mümkündür".
Bizim.Media xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi brifinqdə deyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Bizim.Media