Qəzza zolağında fəaliyyət göstərən BMT əməkdaşlarının bölgənin cənubuna köçürülməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, BMT daha əvvəl Qəzza zolağında 9 əməkdaşının həlak olduğunu açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Bizim.Media