İsrail Ordusu Livana hücum əməliyyatı həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrailin Livanın cənubunda bir qrup müxbiri daşıyan avtomobilə artilleriya zərbəsi nəticəsində “Reuters” və “Əl-Cəzirə”nin jurnalistlərindən 1 nəfər ölüb, digərləri isə yaralanıb.
Ölən şəxsin Reuters-in fotoqrafı Essam Abdullah olduğu bildirilir. İki nəfər Əl-Cəzirə müxbirləri Karmen Cuhadar və operator Eli Brakja olmaqla ümumilikdə 3 nəfər yaralanıb.
Qeyd edilib ki, insident Livan-İsrail sərhədindəki Alma əş-Şaabda baş verib.

Bizim.Media