Bu ay NATO ölkələrinin nüvə təlimləri keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən bugünkü iclasından sonra açıqlayıb.
O bildirib ki, “Steadfast Noon” adlanan nüvə təlimləri oktyabrın 13-də başlayacaq və 27-dək davam edəcək. Təlimlər İtaliya, Xorvatiya və Aralıq dənizində keçiriləcək.
Bizim.Media