Rusiya Olimpiya Komitəsi (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən kənarlaşdırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə BOK-un mətbuat xidmətinin rəhbəri Mark Adams məlumat verib.
O qeyd edib ki, buna səbəb qondarma “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının ROK-un tərkibinə daxil olmaları olub.
BOK İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.
Qeyd edək ki, “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.
Bizim.Media