Yeganə keçəci rəssamın həyatı sual altındadır - Həyat yoldaşından Mədəniyyət Nazirliyinə MÜRACİƏT

Azərbaycanın yeganə keçəçi rəssamı Rauf İsmayılov və həyat yoldaşı Xanım İsmayılova koronavirusa yoluxublar.

Bu barədə Bizim.Media-ya 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi, “Xəmsə” qəzetinin redaktoru Xanım İsmayılova bildirib.

Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin Zığ modul tipli  xəstəxanasında süni nəfəs aparatına qoşulublar.

Rauf İsmayılovun durumunun daha ağır olduğunu deyən Xanım İsmayılova Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqından sənətkarın ayağa qalxması üçün dəstək istəyib:

“Martın 19-dan xəstəxanadayıq. Evdə müalicə effekt vermədi. Hər ikimiz oksigendən asılı vəziyyətdəyik. Rauf müəllimdə 70 faiz buzlu şüşə aşkarlanıb. Məndə isə 30 faiz...  Ayrı-ayrı korpuslarda olduğumuz üçün yalnız xəbər ala bilirəm.Onun durumu daha da ağırlaşıb və həyatı sual altındadır. Artıq danışa və yaza bilmir. Yalnız işarələr edir. Heç olmasa Mədəniyyət Nazirliyi və ya Rəssamlar İttifaqı Rauf müəllimin əsərlərindən satışa çıxarsınlar, bu halında ona dəstək olsunlar”.

Xanım İsmayılova rəssamın 9 gün əvvəl ard-arda iki əməliyyatdan çıxdığını bildirib:

“Özəl xəstəxanada prostat vəzinin şişi və ürək əməliyyatından yenicə çıxmışdı. Ardınca koronavirusa yoluxdu. İki əməliyyat xərclərindən sonra maddi durum çətinləşdi. Şükür ki, müalicə aldığımız bu xəstəxanada həkimlər yüksək səviyyədə bizə pulsuz lazımi tibbi yardımları edirlər. Amma borclarımız özəl xəstəxanadakı iki əməliyyatdan sonra yarandı. Rauf müəllimin əsərləri satılsa, müəyyən borc və xərc yüklərindən azad olarıq”.

Qeyd edək ki, Rauf İsmayılov Azərbaycanın ilk və yeganə keçəci rəssamıdır.

O, həm də Azərbaycan Rəssamlar və Reklamçılar İttifaqının üzvü, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və yüzlərlə əsərin müəllifidir.

Həyat yoldaşı Xanım İsmayılova isə respublikanın qabaqcıl təhsil işçisi, “Qızıl Qələm” Media mükafatı laureatıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsindəki bütün insanlar eyni anda tullansa, NƏ BAŞ VERƏR?

Yer kürəsindəki bütün insanlar eyni anda tullansa, NƏ BAŞ VERƏR?

Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

Nəsrinin həyat yoldaşı ilə yaxta gəzintisi – FOTO

Nəsrinin həyat yoldaşı ilə yaxta gəzintisi – FOTO

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Evlilikdən uzaq duran 3 BÜRC

Evlilikdən uzaq duran 3 BÜRC

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

“Zirə” legioneri ilə yollarını ayırdı

“Zirə” legioneri ilə yollarını ayırdı

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

End of content

No more pages to load

RADİO