Türkiyə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatı bir il müddətinə uzadılıb.
Bizim.Media xəbər verir ki, müvafiq qərarı Türkiyə Böyük Millət Məclisi təsdiqləyib.
Qərara əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livanda qalacaqlar.
Qeyd edək ki, mandat ilk dəfə 2006-cı ilin sentyabrında Türkiyə parlamenti tərəfindən təsdiqlənib.
Bizim.Media