İsrail ordusu “Əl-Qəssam briqadaları" qruplaşmasının komandiri Məhəmməd Əd-Deyfin evinə hücum edib.
Bizim.Media “Haaretz” qəzetinə istinadən xəbər verir ki, hücumda onun atası, qardaşı, uşaqları və digər qohumları öldürülüb.
Al-Mayadeen telekanalı ailənin dağıntılar altında olduğunu, ancaq Əd-Deyfin yalnız qardaşının öldüyünü təsdiqləyir. Komandirin özünün harada olduğu məlum deyil.
Qeyd edək ki, son bir neçə il ərzində Məhəmməd Əd-Deyf İsrail ordusu tərəfindən edilən yeddi cəhddən sağ çıxıb.
2014-cü ildə İsrailin hava bombardmanı Əd-Deyfin yeddi aylıq oğlu və üç yaşlı qızının həyatı bahasına başa gəlib.
Reuters mənbələri iddia edirlər ki, HƏMAS-ın İsrailə hücumunu hazırlayan məhz Əd-Deyf olub.