Avropada Quranın təkrar-təkrar yandırılması ağır cinayətdir

"Bəzi Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan Quranın təkrar-təkrar yandırılması tendensiyası çox ağır cinayətdir".

Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında söyləyib.

“Bu gün dünyanın böyük sarsıntılar yaşadığı bir dönəmdə insan həmrəyliyi ideyaları heç vaxt olmadığı qədər aktuallaşır. Həmişə olduğu kimi, danılmaz prioritet insan həyatının – Uca Yaradan tərəfindən bizə verilən bu müqəddəs dəyərin qorunmasıdır. Sivilizasiyalararası toqquşmalara təhrik etmək cəhdləri dünyanı böyük fəlakətlərin astanasına qoya bilər”, - din xadimi vurğulayıb.

Onun sözlərinə görə, bəzi Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan Quranın təkrar yandırılması tendensiyası çox ağır cinayətdir:

“BMT-nin İnsan Haqları Şurasının bu kimi hadisələrlə bağlı təcili iclas keçirməsi və bəzi Avropa ölkələrində Quranın yandırılması və təhqir olunmasını pisləməsi vəziyyətin ciddiliyinin faktiki olaraq etiraf edilməsinin göstəricisidir. Ona görə də BMT-nin bu il təşəbbüs edilən məsələnin xüsusi müzakirəsi təqdirəlayiqdir.

Söz azadlığı və demokratiya bəhanəsi ilə nifrət və qarşıdurmaya yol açan çıxış və hərəkətlərin qabaqlanması hər bir siyasi və dini liderin borcudur.

Biz dini liderlər dindən siyasi məqsədlər üçün sui-istifadənin bütün forma və faktlarını, o cümlədən terrorçuluq təzahürlərini, nifrət çağırışlarını, ksenofobiyanı, habelə kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər ibadət yerlərində dindarlara qarşı törədilən ekstremist hərəkətləri qəti şəkildə pisləməliyik. Dini rəmzlərin və ziyarətgahların təhqir olunması hallarına etiraz səsimizi ucaltmalıyıq”, - Allahşükür Paşazadə diqqətə çatdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

Ənvər Tağıyev Ukraynada gizlənibmiş - Azərbaycana GƏTİRİLİR

Ənvər Tağıyev Ukraynada gizlənibmiş - Azərbaycana GƏTİRİLİR

Məzardan 4 mindən çox qızıl tapıldı

Məzardan 4 mindən çox qızıl tapıldı

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!

Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!

Şou-biznesdə ilin ən böyük sürprizi -Aygün və Namiq 16 ildən sonra “Gəlirəm” – VİDEO

Şou-biznesdə ilin ən böyük sürprizi -Aygün və Namiq 16 ildən sonra “Gəlirəm” – VİDEO

Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar

Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar

Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

End of content

No more pages to load

RADİO