Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər İsrail və Fələstində baş verən hadisələr, o cümlədən bölgədəki gərginliyi müzakirə ediblər.
Türkiyə lideri bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sabitliyin təmin edilməsi üçün ölkəsinin lazımi səy göstərdiyini qeyd edib.
Bizim.Media