İran Fələstin xalqının İsrailin təcavüzündən müdafiə hüququnu dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
“Öz torpaqlarını və müqəddəs yerlərini sionist rejimin təşkil etdiyi işğal, təcavüz, gündəlik cinayətlər və terrorizmdən müdafiə etmək məzlum Fələstin xalqının təbii və qanuni haqqıdır”, - deyə nazir qeyd edib.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, “zorakılığın artmasına və fələstinlilərin qətlinə” görə İsraili məsuliyyət daşıyır.
Bizim.Media