İsrailli politoloq: “Ordumuz terrorçulara layiqli cavab verəcək” – EKSKLÜZİV  

“İsrail həqiqətən müharibədədir. Bu kiçik miqyaslı hərbi əməliyyat deyil. Bu səhər “Həmas” Qəzza zolağından geniş raket atışları və onlarla terrorçunun İsrailin yaşayış məntəqələrinə qanlı şəkildə soxulmasını özündə ehtiva edən, qəsdən planlaşdırılmış terror hücumu həyata keçirib. Biz bu terrora qətiyyətlə cavab verəcəyik və buna görə məsuliyyət daşıyan heç kim İsrail ordusunun cavab tədbirlərindən sığortalanmayacaq”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq Eran Şayşon deyib.  

Səhər saatlarından Fələstinin İsrailə etdiyi hücumları şərh edən politoloq, bu dəfə vəziyyətin daha da gərgin olduğuna diqqət çəkib: 

“Livan, Suriya, İran, İraq və Yəmən kimi ölkələri əhatə edən digər arenalarda da eskalasiya potensialı yüksəkdir. İsrail təəccüblənsə də, biz güclü və möhkəm qalırıq. Düşmənlərimiz yaxşı bilirlər ki, bizi hərbi cəhətdən məğlub edə bilməzlər. Onların strategiyası, ilk növbədə, xalqımızda məğlubiyyət hissi yaratmağa yönəlib. İsrail “Həmas”ın Qəzzada törətdiyi dəhşətli terror hücumuna lazımi güclə cavab verəcək. Həmas öz hərəkətlərinin cavabını alacaq”. 

E.Şayşon qeyd edib ki, terror təşkilatları savaşaraq deyil, sivillərə qarşı beynəlxalq hüququ tapdalayaraq nəticə qazanmağa çalışırlar: 

“Günahsız insanlara zərər vermək niyyəti ilə fəaliyyət göstərən bir terror təşkilatı ilə qarşı-qarşıyayıq. Onların fəaliyyət prinsipi mülki insanlara zərər vermək və Qəzza sakinlərini canlı qalxan kimi istifadə etməkdir.

Mülki əhalini atəşə tutmaq məqsədi ilə İsrail şəhərlərinə, yaşayış məntəqələrinə soxulurlar. Bütün bunlar müharibə cinayətləridir. Bu çətin dövrlərdə dünyadakı dostlarımızın birliyi və dəstəyi çox şey deməkdir. Biz bölgədə tezliklə davamlı sülhün yaranmasına ümidliyik”. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

End of content

No more pages to load

RADİO