Avropa Parlamenti Moldovanın Avropa İttifaqına (Aİ) qoşulmaq üzrə danışıqların başlanmasına dair qətnamə qəbul edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində qəbul edilib.
Qətnaməyə əsasən, Moldova Avropa Komissiyasının tələblərini yerinə yetirmək iqtidarındadır.
Belə ki, parlamentarilər bildiriblərki, Moldovanın Aİ-yə daxil olması Avropanın güclənməsinə töhfə verəcək.
Bizim.Media