Almaniya Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.
Bildirilib ki, Almaniya Ukraynaya əlavə “IRIS-T” hava hücumundan müdafiə sistemi və 10-dan artıq “Gepard” zenit silahı göndərəcək.
Silahların Ukrayna ordusuna bu ilin sonuna qədər çatdırılacağı gözlənilir.
Bizim.Media