Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi ilə Liviyaya 30 ton humanitar yardım göndərilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxil edilib.
Bununla yanaşı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Liviyanın daşqınlardan zərər çəkmiş əhalisinə yardım məqsədilə büdcədən 4 milyon avro ayırmağı planlaşdırır.
Bizim.Media