Türkiyədə son aylardır şiddətlənən meşə yanğınları davam edir.
Bizim.Media xəbər verir ki, İzmir şəhərinin Qaziemir rayonunun Sarnıç gölməçəsi yaxınlığında meşəlik ərazidə yanğın başlayıb.
Əraziyə bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer cəlb edilib.
Qeyd edilib ki, yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan sonra hava nəqliyyatı axını normal vəziyyətə düşüb.
Bizim.Media