“Böyük iyirmiliy”in (G20) sammitlərinin növbəti 3 il ərzində Braziliya, Cənubi Afrika və ABŞ-da keçirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə G20 ölkələrinin liderlərinin Hindistanda keçirilən Nyu Dehli sammitinin yekunları üzrə qəbul etdikləri bəyannamədə qeyd edilib.
“2024-cü ildə Braziliyada, 2025-ci ildə Cənubi Afrikada və 2026-cı ildə ABŞ-da yenidən görüşməyi səbirsizliklə gözləyirik”, - deyə bəyannamədə bildirilir.
Bizim.Media