Sevastopol sakini “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və komandir Dmitri Utkinin həmin şəhərdə qurulan abidəsini dağıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "Baza Telegram" kanalı məlumat yayıb.
Belə ki, 21 yaşlı rusiyalı şəxs Priqojin və Utkinin portretlərini, Rusiya bayrağını təpiklə vuraraq dağıdıb.
Həmin şəxs hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.
Bizim.Media