Makron Fransa ermənilərinin girovudur

Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsinə sərgilədiyi münasibət rəqiblər və müttəfiqlər tərəfindən də birmənalı qarşılanmır. Bütün diplomatik qaydaları aşan Makron Fransanın dövlət maraqlarını da zərbə altında qoyur.

Birtərəfli qaydada Ermənistanın maraqlarını müdafiə edən Fransa prezidenti ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu da unudur.

O, anti-türk, anti-müsəlman mövqe sərgiləməklə böyük bir coğrafıyanı Fransadan incik duruma salır.

Emmanuel Makronun Fransadakı ermənilərlə yaxın münasibətləri daha əvvəl də mövcud idi. 2018-ci ildə Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasının təşkil etdiyi qala gecəsində 500 erməni əsilli qonaq qarşısında çıxış edərək bildirmişdi ki, Fransa təqviminə erməni soyqırımını anma günü daxil ediləcək.

2019-cu ilin 24 aprel tarixində isə Fransada erməni soyqırımını anma günü olduğunu elan etmiş, bununla da Türkiyə ilə rəsmi münasibətlərini gərginləşdirmişdi.

Makronun hakimiyyətə gəlməsində ermənilərin ciddi dəstəyinin olduğu hamıya məlumdur. Onun partiyası olan “Cümhuriyyət Hərəkatı” 2016-cı ildə erməni iş adamlarının maliyyə dəstəyi ilə təsis olunub. Partiyanın əsas qurucularından biri erməni əsilli iş adamı və siyasətçi Aristid Panosyandır. Emmanuel Makron 2020-ci ilin sentyabrında Fransa qarşısında xidmətlərinə görə Aristid Panosyanı Fransa Milli Ləyaqət Ordenli Cəngavər fəxri adı ilə təltif edib.

“Cümhuriyyət Hərəkatı” partiyası Fransadakı erməni icması ilə sıx əməkdaşlıq içərisindədir. Partiyanın millət vəkili Anne-Lauren Petel bir qrup millət vəkili ilə birgə II Qarabağ Müharibəsi başlayan günlərdə Makrona rəsmi müraciət ünvanlayıb. Müraciətində millət vəkili Makronu Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıb. Petel bunun Qafqazla bağlı olmadığını, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda genişlənmə siyasətinə əngəl olmağa xidmət etdiyini də qeyd edib.

“Cümhuriyyət Hərəkatı” partiyasından olan digər erməni əsilli millət vəkili Jelom Qasparian isə Fransanın Qarabağ münaqişəsi ilə bağlı ciddi fəaliyyətə keçməsini tələb edir. O, Fransanın bölgədəki hadisələrə müdaxiləsinin və sanksiyalar qoymasının zəruri olduğunu, ancaq bu yolla sülhün bərqərar olacağını qeyd edir.



Xatırladaq ki, Emmanuel Makronun “Cümhuriyyət Hərəkatı” partiyasını milli məclisdə 4 erməni əsilli deputat təmsil edir. Bunlar Daniel Kazarian, Nadia Essayan, Jelom Qasparian və Jak Marillosyandır. Adı çəkilən millət vəkilləri Marsel şəhəri daxil olmaqla erməni mənşəli əhalinin çoxluq təşkil etdiyi bölgələri təmsil edirlər.

2017-ci il parlament seçkilərində Makronun partiyası 43% səslə 308 yer əldə etmişdi. Partiyanın yerli özünüidarə orqanlarında da erməni əsilli təmsilçilərin çoxluğu diqqət çəkir. Son seçkilərdə əslən erməni olan Janna Barsegian Fransanın Strazburq şəhərinin meri seçilmişdi.

Fransadakı erməni icmasının əsas dövlət qurumlarında yer alması və anti-türk siyasətini hökümətə diqtə etməyə çalışmaları olduqca təhlükəli haldır. Görünən odur ki, Emmanuel Makron hakimiyyətə gəlməsində böyük xidmətləri olan Fransadakı erməni icmasının həm də girovudur. Onun siyasi karyerası Fransa ermənilərinin birbaşa “cibindədir”.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Zelenski: Putin görüşə hazırdır

Zelenski: Putin görüşə hazırdır

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

End of content

No more pages to load

RADİO