Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media ölkə KİV-nə istinadən xəbər verir ki, Afyonkarahisar bölgəsinin Emirdağ rayonunda mikroavtobus yük maşını ilə toqquşub.
Hadisə nəticəsində ilkin məlumata görə, 25 nəfər xəsarət alıb.
Mikroavtobusun kənd təsərrüfatı işçilərini daşığı bildirilir. Emirdağ Baş məmuru Osman Bilici qəza yerinə gəlib, yerində araşdırma aparılıb.
Bizim.Media