“Şəfa” növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qayıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib.
Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.
Bizim.Media