Birləşmiş Millətlər Təşkilatının (BMT) Malidəki Sülhməramlı Missiyası ölkəni tərk edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar Qərbi Afrika ölkəsinin şimalında yerləşən Ber şəhərindən çıxmaları labüd olub. Belə ki, son bir neçə gün ərzində “Azavad Hərəkatları Koordinasiyası” (CMA) adlı üsyançı alyans Mali ordusunu Ber yaxınlığında yerləşən qüvvələrinə hücum etməkdə və atəşkəs rejimini pozmaqda ittiham edib.
BMT missiyası bütün maraqlı tərəfləri vəziyyəti çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırdıqlarını vurğulayıb.
Bizim.Media