“Telegram”ın yaranmasının 10 illiyi münasibətilə messencerin yaradıcısı Pavel Durov “Stories” paylaşma funksiyasının bütün istifadəçilər üçün aktivləşdirildiyini elan edib.
Bizim.Media xəbər verir ki, bundan sonra “Telegram”da “Stories” paylaşımını etmək üçün Telegram Premium abunəliyinə sahib olmaq şərt olmayacaq.
Durov bildirib ki, “Stories” paylaşımları funksiyası bütün istifadəçilər üçün tədricən istifadəyə verilir və yaxın günlərdə artıq hər kəsdə aktivləşdiriləcək.
Qeyd edək ki, “Telegram”da “Stories” paylaşımları funksiyası keçən ay istifadəyə verilib. Lakin ondan yalnız Telegram Premium istifadəçiləri yararlana bilərlər. Adi istifadəçilər isə “Stories” paylaşımlarına baxma və onlara rəy bildirmə imkanına sahibdirlər.
Bizim.Media